Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri UNCOPA-nın “KORİFEY” ordeni ilə təltif olunub

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) kitabı Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr olunub və Birləşmiş Millətlər Kitabxanasına daxil edilib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı professor Eldar Quliyevin kitabını daşıdığı mühüm elmi dəyərə görə, həmçinin onu BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə “KORİFEY” ordeninə layiq görüb.

Bu gün Azərbaycan Ağsaqqallar Şurasında UNCOPA təşkilatının prezidenti professor M.Guzel tərəfindən ordenin təqdimatı həyata keçirilib. Təşkilatın rəhbəri Azərbaycanda ilk olaraq Eldar Quliyevin “KORİFEY” ordeni ilə təltif olunduğunu məmnunluq hissi ilə bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev də öz növbəsində onun əməyini yüksək qiymətləndirən UNCOPA təşkilatının prezidentinə minnətdarlığını ifadə edərək, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən ölkəmizin çiçəklənməsi naminə bundan sonra da bir alim və ictimai-siyasi xadim kimi var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Qeyd edək ki, kitabın dünyada ərzaq təhlükəsizliyində böyük önəmi və populyarlığı nəzərə alınaraq bir neçə dilə tərcümə edilib və Almaniya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrin qida təhlükəsizliyi araşdırmalarında istifadə olunub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.