Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistanın sabiq prezidenti, Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədova təbrik məktubu ünvanladı

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistanın sabiq prezidenti, Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb:

Hörmətli Qurbanqulu Berdiməhəmmədov!

Sizi 65 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistan xalqının əmin-amanlığı və firavanlığı naminə dəyərli fəaliyyətinizdə uğurlar diləyirəm!

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz ilə qardaş Türkmənistan  Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanaraq güclü və qüdrətli dövlətə çevrilmişdir. Qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində ölkənizin keçdiyi hərtərəfli inkişaf yolu, imza atdığınız  uğurlar bizi səmimi-qəlbdən sevindirir. Azərbaycan-Türkmənistan münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır.

Fürsətdən istifadə edərək Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Türkmənistana həyata keçirilən işgüzar səfər zamanı mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm. İnanıram ki,  səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Hörmətli Qurbanqulu Berdiməhəmmədov!

Bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı bildirməkdən məmnunluq hissi duyuram!

 

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                       Eldar Quliyev

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.