Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, ədliyyə general-mayoru Akif Rəfiyevə ağır itki üz vermişdir. Onun həyat yoldaşı Əsmayə xanım vəfat etmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan dəyərli ağsaqqalımız Akif Rəfiyevə və Rəfiyevlər ailəsinin bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm və səbr diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili Eldar Quliyev