Xəbərlər

Beyləqan rayonunda Ağsaqqallar Şurasının konfransı keçirildi, yeni sədr seçildi – FOTO

Əhliman Əmiraslanov: “Ağsaqqallar dövlətimizin qayğısı ilə əhatə olunub”

18 May 2021-ci il tarixdə Beyləqan rayonu Ağsaqqallar Şurasının konfransı keçirilib.

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev açıb. Əvvəlcə Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad olunub. Sonra çıxış üçün söz Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanova verilib. Akademik ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini Əhliman Əmiraslanov, həmçinin, Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığından, daim onlara qayğı göstərdiyindən danışıb, onun ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb. Konfransda Rayon Ağsaqqallar Şurasının yeni tərkibi elan olunub, İmanov Etibar Rəşid oğlu Şuranın sədri seçilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.