Xəbərlər

Göyçay Rayon Ağsaqqallar Şurasının sədri gənclərə həsr olunmuş seminarda çıxış edib

Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz və gənclik” adlı ikigünlük seminar keçirilib.
Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan gənclərin iştirak etdiyi seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Göyçay Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim Xəlil Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə və başqaları məruzələrlə çıxış ediblər.
Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov öz çıxışında gənclərə həsr olunmuş belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının da fəaliyyətinin prioritet istiqamətlərindən biri gənclərlə aparılan işdir. Belə ki ağsaqqallarımız gənclərin milli-mənəvi dəyərlərimizə, mütərəqqi adət-ənənələrimizə hörmət və ən əsası vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün öz səylərini əsirgəmirlər. Xəlil Orucov, həmçinin, bəzi problemlərdən də danışaraq son zamanlar artan ailə-məişət zorakılıqlarının, səbəbsiz boşanmaların, erkən nikahların, narkotik aludəçiliyinin və digər zərərli vərdişlərin qaşısının alınması üçün gənclərlə mütəmadi, effektiv işlərin aparılmasının vacibliyini vurğulayıb. Mütəliənin, maariflənimənin gənclərimiz üçün əhəmiyyətini qeyd edib.
Tədbirdə videoçarxlar nümayiş edilib, iştirakçılara kitablar hədiyyə olunub. Həmçinin rayonda yerləşən Şəhidlər xiyabanı, Əbədiyaşar ədiblərin abidə kompleksi, Xalq şairi Rəsul Rzanın ev muzeyi və yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunan Əbəlfəz Abbas məscidi ziyarət edilib.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.