Xəbərlər

Masallı Rayon Ağsaqqallar Şurası Şuşaya həsr olunmuş tədbir keçirib

Masallı Ağsaqqallar klubunda Rayon Ağsaqqallar Şurasının və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə tədbirlər planına uyğun olaraq Şuşanın 270 illiyinə həsr olunmuş “Şuşanın keçmişi,bu günü və gələcəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev “Şuşanın dünəni,bu günü, sabahı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra bu yaxınlarda Şuşadan qayıtmış Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev Azərbaycanın bu gözəl guşəsi haqqında təəssüratlarını bölüşüb.
Vətən müharibəsi qazisi, torpaqlarımızın azad olunması uğrunda 4 medala layiq görülmüş Cavid Nuri Şuşanı işğaldan azad etmiş igid döyüşçülərimizin qəhrəmanlıqlarından, şahid olduğu epizodlardan danışıb .
Veteran müəllimə Solmaz Rəsulova öz çıxışında Şuşa tarixinin bəzi məqamlarına toxunub, şair Tahir Hüseynov isə Azərbaycanın bu dilbər guşəsinə həsr etdiyi şeirini oxuyub.
Sonra Masallı şəhər 4 nömrəli məktəbin hərbi müəllimi, əslən Şuşadan olan Rafiq Abbasovun rəhbərliyi altında şagirdlərin ifasında Şuşaya həsr olunan musiqili ədəbi-bədii kompozisiya səsləndirilib. Tədbirin sonunda fərqlənənlərə Təşəkkürnamə, “Xarı Bülbül” xatirə nişanları və kitab hədiyyələri təqdim olunub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.