Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasında tədbir keçirilib


Nərimanov Rayon Ağsaqqallar Şurasında İdarə Heyətinin üzvü Mərdan Nuriyevin 85 illik yubileyi və Şuranın üzvü Arif Mustafayevin 79 yaşının tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, sədr müavini Kamil Babayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Arif Hümbətov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, bu uğurlu siyasətin nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən, davamlı inkişafdan, respublikamızın dünya ölkələri sırasında tutduğu layiqli mövqedən bəhs ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, xalqımızın qüdrəti sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulmasından, həmin torpaqlarda genişmiqyaslı quruculuq işlərindən və artıq Böyük Qayıdışın başlanmasından söhbət açıblar. Natiqlər, həmçinin möhtəşəm Qələbəmizin qazanılmasında canından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışaraq, bu işdə ağsaqqalların da yaxından iştirakının vacibliyini vurğulayıblar.
Çıxışçılar Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Mərdan Nuriyevin və Şuranın üzvü Arif Mustafayevin şərəfli və zəhmətkeş ömür yolundan, səmərəli fəaliyyətlərindən söz açıblar. Onları doğum günləri münasibətilə təbrik edərək uzun və mənalı ömür, möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayblar. Mərdan Nuriyevə və Arif Mustafayevə Fəxri diplomlar və hədiyyələr təqdim edilib.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.