İyun ayının 1-də Goranboy Rayon Ağsaqqallar Şurasının sədri, “Əməkdar müəllim”, dəyərli ziyalı Rəddin Məmmədovun 70 yaşı tamam olur.
Rəddin Məmmədov uzunmüddətli səmərəli pedaqoji fəaliyyətlə yanaşı bir sıra rəhbər vəzifələrdə də uğurla çalışıb. İşlədiyi sahədən asılı olmayaraq, hər zaman Azərbaycan xalqının və dövlətinin tərəqqisinə xidmət edib. Fəaliyyət göstərdiyi dövrdə təhsil sahəsində qazandığı uğurlara görə “Əməkdar müəllim” adına layiq görülüb.
Hal-hazırda təhsil şöbəsinin əməkdaşı kimi öz fəaliyyətini uğurla davam etdirən Rəddin Məmmədov Goranboy Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə böyük töhfələr verir.
Şərəfli ömür sürən Rəddin Məmmədovu 70 İllik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV