Xəbərlər

Şəhidlərimizin xatirəsi yad edilib

Azərbaycan Ağsaqqallar Şurasının əməkdaşları – Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın məsul işçiləri Zahid Abbasov və Elşad Quliyev, eləcə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və başqaları Zəfər Gününün dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanına gedərək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin məzarlarını ziyarət ediblər. Əbədiyaşar şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyaraq, əziz xatirələrini ehtiramla yad ediblər.

Ziyarət zamanı Xiyabanda şəhid valideynləri ilə görüşən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli onlara öz dərin hörmətini bildirərək qeyd edib ki, xalqımız Vətən uğrunda həlak olan oğullarını heç zaman unutmayacaqdır. O, həmçinin, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa etməsindən söz açıb. Vurğulayıb ki, tarixi Zəfərimiz naminə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın unudulmaz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və bu gün onların ruhu şaddır. Çünki uğrunda canlarını fəda etdikləri doğma torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.