Xəbərlər

Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağsaqqalların təşəbbüsü və iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

Növbəti belə tədbir – ağacəkmə aksiyası Şəki Rayon Ağsaqqallar Şurasının üzvlərinin təşəbbüsü və iştirakı ilə həyata keçirilb.
Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov başda olmaqla təşkilatın üzvlərinin iştirak etdiyi aksiyada 100-dən çox müxtəlif növ ağac əkilib. Vaqif Əhmədov bildirib ki, bu aksiyada iştirak etməklə yanaşı, rayon ağsaqqalları gənclərə yaşıllıqların qorunub saxlanılması və ağacların sayının artırılması haqqında öz tövsiyələrini də verir, onları ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanılmasına xidmət edən bu tədbirlərdə yaxından iştirak etməyə və ağaclara vaxtlı-vaxtında qulluq etməyə çağırırlar.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə Şəki rayonu ərazisində yaşıllıqların artırılması məqsədilə 11500 ədəd ağacın əkilməsi, həmçinin, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.