Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurasının sədri gənclərlə görüşdə iştirak edib

Ölkəmizdə gənclər arasında polis peşəsinə maraq artır. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyində olan yuxarı sinif şagirdləri ilə növbəti görüş Şəki Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) təşkil olunub. Görüşdə polis əməkdaşları, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, akademiyanın nümayəndəsi və məktəblilər iştirak ediblər.

Görüş zamanı ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov ali təhsil müəssisələrinə hazırlaşan və daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasında təhsil almağın üstün cəhətləri haqqında ətraflı məlumat verib.

Şəki Rayon Ağsaqqallar Şurasının sədri, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Vaqif Əhmədov öz çıxışı zamanı gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə maarifləndirici söhbətlər aparıb, Polis Akademiyasının tarixi, onun inkişaf mərhələləri barədə məktəbliləri məlumatlandırıb.

Akademiyanın nümayəndəsi isə qocaman təhsil müəssisəsinə qəbul qaydaları ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən söz açıb.

Sonda Polis Akademiyasındakı tədris prosesini əks etdirən videoçarx nümayiş etdirilib və polisin xidməti fəaliyyəti ilə tanışlıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.