Xəbərlər

Şəkidə ağsaqqallar “Konstitusiya və Suverenlik İli”çərçivəsində keçirilmiş tədbirdə iştirak ediblər

Şəki şəhər 17 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli”çərçivəsində “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda geniş maarifləndirici tədbir keçirilib.

Tədbirdə iştirak edən qonaqlar – Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva, eləcə də rayon ağsaqqalları, ziyalıları və müəllimlər tədbirdən əvvəl məktəbin “İnnovativ məktəb – sahibkarlıq sinfi” layihəsi çərçivəsində şagirdlərin əl işləri və ideyaları ilə tanış olublar.

Tədbirdə digər natiqlərlə yanaşı, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov da şıxış edib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı misilsiz xidmətlərindən, dahi rəhbərin Konstitusiyanın hazırlanmasında göstərdiyi siyasi iradədən və uzaqgörən siyasətdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görülən işlərdə və həyata keçirilən tədbirlərdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri yaxından iştirak edirlər. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə bu mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması məqsədilə Şuranın yerli təşkilatları tərəfindən mütəmadi olaraq tədbirlər, görüşlər keçirilir.

Digər natiqlər də öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda, xüsusilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının hazırlanmasında göstərdiyi əvəzsiz xidmətlərdən və bu sənədin bu gün də hüquqi-siyasi sistemimizin əsası olmasından ətraflı danışıblar.

Tədbirin sonunda məktəbin direktoru Nərminə Abdullayeva tədbirin yüksək səviyyədə təşkili və gedişatı münasibətilə təşəbbüskar müəllim Günel Xəlilovaya, dəyərli qonaqlara və fəal iştirakçılara təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.