Xəbərlər

Şabran rayonunda “Ağsaqqallar evi”ndə “Ahıllar günü” qeyd olunub

Oktyabr ayının 1-də  Şabranda “Ağsaqqallar evi”ndə Rayon Ağsaqqallar Şurasının və  Mədəniyyət mərkəzinin təşkilatçılığı,  Rayon İcra Hakimiyyətinin  dəstəyi ilə “Ahıllar günü” təntənəli şəkildə qeyd olunub.

Tədbirdə Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov, sədr müavini Ağaşirin Bağırzadə, Mədəniyyət mərkəzinin və İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar iştirak ediblər.

Bəhlul Abbasov tədbirdə çıxış edərək ağsaqqalları, yaşlı nəslin bütün  nümayəndələrini salamlayıb, onları “Ahıllar günü” münasibətilə təbrik edərək, uzun ömür, cansağlığı arzulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə, o cümlədən Şabran rayonunda hazırda hər bir ahıl vətəndaşımız  dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Natiq, həmçinin, bu həssas təbəqəyə aid insanların  sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən davamlı tədbirlərdən də bəhs edib və vurğulayıb ki, ahılların qayğısına qalmaq hər kəsin mənəvi borcudur.

Tədbirdə çıxış edən digər natiqlər də rayonda  ağsaqqallarla, veteranlarla, ahıl insanlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışıblar.

Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil olunmuş tədbirdə Mədəniyyət mərkəzinin bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış edərək, rəngarəng musiqi nömrələri səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.