Təbriklər

Sahib Aslanov – 75

İyun ayının 1-də Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri, dəyərli ziyalı, müdrik ağsaqqal Sahib Aslanovun 75 yaşı tamam olur.

Sahib Aslanov səmərəli pedaqoji fəaliyyəti ilə yanaşı, uzun müddət bir sıra rəhbər vəzifələrdə uğurla çalışıb. İşlədiyi sahədən asılı olmayaraq, hər zaman Azərbaycan xalqının və dövlətinin inkişafına xidmət edib, bu yolda əlindən gələni əsirgəməyib. Səmərəli fəaliyyəti bir sıra təltiflərlə qiymətləndirilsə də, Sahib müəllim üçün ən böyük mükafat Hacıqabul əhalisinin ona olan yüksək hörmət və sevgisi olub.
Hal-hazırda Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edən Sahib Aslanov Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.
Şərəfli ömür sürən Sahib Aslanovu 75 İllik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.