Sumqayıt Şəhər Ağsaqqallar Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tərtib olunan iş planına əsasən “Gənclərin tərbiyəsində ağsaqqal sözu” mövzusunda iclas keçirilib.
İslasda Sumqayıt Şəhər Ağsaqqallar Şurasınin sədri Təbrik Quliyev, sədr müavini Faiq İsmayılov, Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fərman Kazımov, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Təbrik Quliyev və digər natiqlər bildiriblər ki, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqal sözü, ağsaqqal nəsihəti böyük əhəmiyyət kəsb edir. Vurğulanıb ki, ölkəmizdə ağsaqqal sözünə ehtiramla yanaşılmasının çox zəngin və tarixi ənənələri var. Problemlərin, mübahisəli məsələlərin həll olunmasında ağsaqqal sözü həmişə dəyərli olub. Cəmiyyətə, xüsusilə gənclərə müdrikliyi təlqin edən, öz xeyir-dualarını, məsləhətlərini əsirgəməyən ağsaqqallar Azərbaycan xalqının adət-ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. İclasda, həmçinin, bildirilib ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız üçün müəyyənləşdirdiyi yol cəmiyyətimiz üçün ən doğru, ən uğurlu yoldur. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu yolla inamla addımlayır. Gənclərimiz daim bu yolu öyrənməli, Ümummilli Lider Heydər Əliyev yolundan nümunə götürməlidirlər. Əlbəttə ki, bu məsələdə dəyərli ağsaqqallarımız hər zaman onlara dəstək olmalıdırlar.
Maraqlı çıxışlar və səmərəli müzakirələr şəraitində keçən iclasda natiqlər, həmçinin vurğulayıblar ki, bu cür tədbirlər tez-tez keçirilməli və əsas etibarilə də orta və ali tədris müəssisələrini əhatə etməlidir.