Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının geniş tərkibdə iclası keçirilib

Sumqayıt Şəhər Ağsaqqallar Şurası 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar geniş tərkibdə iclas keçirib. Tədbirdə Şəhər Ağsaqqallar Şurasının üzvləri, idarə və təşkilatların nümayəndələri ilə yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov da iştirak edib.

Əvvəlcə iclasda  Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçılarını salamlayan Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev 7  fevral  2024-cü  ildə  ölkəmizdə keçiriləcək prezident  seçkiləri barədə məlumat verib. Bildirib ki, Yeni  Azərbaycan  Partiyası  cənab  İlham  Əliyevin  namizədliyini  irəli  sürüb. Əlbəttə  ki, artıq  20  il  Azərbaycana  rəhbərlik  etmiş  və ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, işğal  olunmuş  ərazilərimizin azad edilməsində və bir çox digər sahələrdə möhtərəm Prezidentimizin uğurlu  fəaliyyətini  danmaq  olmaz. Xalq  bunu  görür  və  qiymətləndirir. O  cümlədən, respublikanın  bütün  regionlarının, habelə Sumqayıtın  inkişafı  son  illərdə  ancaq   cənab  İlham  Əliyevin  xüsusi  qayğısı  nəticəsində  baş  vermişdir. Daha sonra Təbrik Quliyev əlavə edib ki, biz, ağsaqqallardan  tələb  olunan  əsas  məsələ seçiciləri maarifləndirilmək və onlara düzgün  seçim  etmələrini  başa  salmaqdır. Xüsusilə seçicilərin  seçki  məntəqələrinə  kütləvi  şəkildə  gəlmələrinin təşkil edilməsində yaxından iştirak etməliyik.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov da öz çıxışında növbədənkənar prezident seçkilərindən ətraflı bəhs edib. Vurğulayıb ki, hazırda Azərbaycan öz tarixinin ən önəmli və qürurlu mərhələsini yaşayır.  Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində möhtəşəm Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı onunla fəxr edir və bu uğurlu siyasətin davam etdirilməsini istəyir.

Daha sonra çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədr müavini Əvəz Mahmudov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən söz açıblar. Vurğulayıblar ki, hər bir vətəndaşımız kimi, ağsaqqallar da bugünkü qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah və inkişaf yolunun davamını arzulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.