Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

Sumqayıt “Ağsaqqallar evi”ndə Şəhər Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şura sədri Təbrik Quliyevin “Gənclər arasında ideoloji işin gücləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Ofelya Babayeva, Faiq İsmayılov, Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədri Arif Qafarov və başqaları çıxış edərək mövzunun aktuallığından söz açıblar.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunlarından irəli gələn məsələlər müzakirə olunub. Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aprelin 23-də Bakıda keçirilən Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi proqram xarakterli fikirlərə münasibət bildirilib. Ölkə başçısının müraciətində deyildiyi kimi, gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdəndir. Sumqayıt Şəhər Ağsaqqallar Şurası və onun fəal üzvləri də işini məhz bu istiqamətdə həyata keçirməli, gənc nəslin nümayəndələri ilə sıx ünsiyyət qurmalıdırlar. Məruzə və çıxışlarda vurğulanıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması daim diqqət mərkəzində saxlanılır. Bu məsələlərdə ağsaqqalların, ziyalıların, ictimai-siyasi xadimlərin üzərinə böyük məsuliyyət düşür. Həmçinin qeyd olunub ki, Şəhər Ağsaqqallar Şurasının fəaliyyəti ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasi xəttə uyğun şəkildə qurulub və şəhər icra hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir. Şəhər rəhbərliyi tərəfindən ağsaqqallara, eləcə də həssas qrupa daxil olan insanlara hərtərəfli qayğı göstərilir.

Məruzə və çıxışlarda gənclər arasında ideoloji işin gücləndirilməsi ilə bağlı bəzi məqamlara da toxunulub. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş cənclər siyasəti ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etməkdədir. Sumqayıt şəhərində də gənclərlə aparılan işləri qənaətbəxş hesab etmək olar. Bununla belə, yerlərdə, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə daha çox iş aparılmalı, gənclərin və yeniyetmələrin iştirakı ilə bir sıra vacib məsələlər müzakirə edilməlidir. Şəhər ağsaqqalları bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalacaq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.