Xəbərlər

Təyyarə qəzası ilə bağlı Azərbaycan Ağsaqqallar Şurasının BAŞSAĞLIĞI

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Böyük kədər hissi ilə bu qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq!

 

Dərin hüznlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

 üzvləri adından Şuranın sədri, millət vəkili Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.