Hörmətli Baş Katib!
Sizin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə qurumun Baş Katibi vəzifəsinə seçilməyiniz qardaş ölkələrin hər bir nümayəndəsi kimi bizi – Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvlərini də ürəkdən sevindirdi. Əminik ki, Baş Katibi olduğunuz Türk Dövlətləri Təşkilatında təmsil olunan türkdilli ölkələrin və qardaş xalqların münasibətləri qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcək, göstərdiyiniz səylər ölkələrimizin və xalqlarımızın rifahına öz müsbət təsirini göstərəcəkdir.
Hörmətli Kubanıçbek Ömüraliyev!
Türk Dövlətləri Təşkilatının Baş Katibi seçilməyiniz münasibətlə Sizi səmimi-qəlbdən təbrik edir, tez bir zamanda Sizi doğma Azərbaycanımızda görmək ümidilə türk dövlətlərin əməkdaşlığının inkişafı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev