Yanvar ayının 7-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun 73 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Vahid müəllimə təbrik ünvanlayıblar:
Hörmətli Vahid müəllim!
Sizi – uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza və dövlətimizə böyük xidmətlər göstərən nüfuzlu şəxsiyyəti, yüksək mənəvi zənginliyə malik dəyərli ziyalını şərəflə yaşadığınız ömrünüzün 73-cü İldönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!
Siz öz müdrikliyiniz, insanlara qarşı xeyirxahlığınız, Vətənimizə olan təmənnasız xidmətinizlə hər azərbaycanlının hörmət və sevgisini qazanmısınız. Ulu Öndər Heydər Əliyevin işıqlı yolunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləmiş, respublikamızın ictimai və sosial-iqtisadi həyatında mühüm rol oynamısınız. Ölkəmizi beynəlxalq təşkilatlarda uğurla təmsil edən vətənpərvər alim və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri olaraq səmərəli fəaliyyətiniz dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş və Siz “Şöhrət” ordeni, habelə bir sıra digər ali mükafatlarla təltif edilmisiniz.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini uğurla həyata keçirən müdrik bir ağsaqqal kimi Siz tükənməz enerjiniz, nikbinliyiniz, qarşıya qoyulan məqsədlərə çatmaq bacarığınız, fədakarlığınız və yüksək ideallara sadiqliyinizlə gənc nəslə örnək bir şəxsiyyət olaraq cəmiyyətimizin inkişafına dəyərli töhfələr verirsiniz. Siz həm də vətənpərvər ziyalılar – dəyərli övladlar yetişdirən qayğıkeş ata və gözəl ailə başçısısınız.
Hörmətli Vahid müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV