Təbriklər

VALEH SALEHOV – 80

Fevral ayının 8-də İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, vətənpərvər ziyalı, dəyərli ağsaqqal Valeh Salehovun 80 yaşı tamam olur.

Müdrik insana xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Valeh Salehov ədalətli mövqeyi, səmərəli fəaliyyəti və prinsipiallığı ilə onu tanıyan hər bir kəsin hörmətini qazanan, etimadını doğruldan, sevilən dəyərli bir şəxsiyyətdir. Yüksək işgüzarlıq və idarəçilik qabiliyyətinə malik Valeh müəllim səmərəli pedaqoji fəaliyyəti ilə yanaşı, uzun müddət bir sıra rəhbər vəzifələrdə uğurla çalışaraq Vətənimizə, dövlətimizə fədakarlıqla xidmət göstərmişdir. Səmərəli fəaliyyəti “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və bir sıra digər təltiflərlə qiymətləndirilsə də, Valeh Salehov üçün ən böyük mükafat İsmayıllı əhalisinin ona olan yüksək hörmət və sevgisi olub.

Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Valeh müəllim bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edərək, öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.

Mənalı və şərəfli ömür sürən müdrik ağsaqqal Valeh Salehovu 80 İllik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor                                                                                                                                                                 Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.