Xəbərlər

Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev uzunmüddətli səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.

27 iyun 2024-cü il tarixində keçirilən “Fəxri Ağsaqqal” döş nişanının təqdimetmə mərasimində Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahov və təşkilatın sədr müavini, Qala qəsəbəsi Ağsaqqallar Şurasının sədri Balaəli Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və rayon ağsaqqalları iştirak ediblər.
Tədbir iştirakçılarına Azərbaycan Agsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını çatdıran təşkilatın Aparat rəhbəri Ramin Həsənli öz çıxışında Rövşən Salahovun uğurla sədrlik etdiyi Xəzər Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı müsbət rolunu xüsusi vurğulayıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslə ötürülməsində ağsaqqalların fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahovun və onun timsalında bütün ağsaqqalların xalqımız və dövlətimiz üçün hər zaman dəyərli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq, həmçinin, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Daha sonra Ramin Həsənli ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahovu xalqımıza və vətənimizə göstərdiyi dəyərli xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, ona “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib və yubilyara gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Xəzər Rayon Agsaqqallar Şurasının sədr müavini, Qala qəsəbəsi Ağsaqqallar Şurasının sədri Balaəli Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonu Şağan qəsəbəsinin Ağsaqqallar Şurasının sədri, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və digər rayon ağsaqqalları Rövşən Salahovu 75 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunması münasibətilə təbrik edərək, ona bundan sonra da sağlam və mənalı ömür, fəaliyyətində yeni-yeni nailiyyətlər diləyiblər.
Xəzər Rayon Agsaqqallar Şurasının sədri Rövşən Salahov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Agsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və təşkilatın İdarə Heyətinin üzvlərinə öz minnətdarlığını bildirərək vurğulayıb ki, doğma Azərbaycanımızın inkişafı naminə gələcəkdə də öz bilik və bacarığını əsirgəməyəcəkdir.
Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.