19 noyabr 2026-cı il tarixində Xətai Rayon Ağsaqqallar Şurası “Təhsil, milli dəyərlər və vətənpərvərlik” mövzusunda tədbir keçirib.
Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Yeni Azərbaycan Partiayası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, Xətai Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, Karat Karatov və başqaları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardaığı uğurlu daxili və xarici siyasətdən, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdəki davamlı inkişaf prosesindən söz açıb. Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli konseptual çıxışından bəhs edib. Vurğulayıb ki, ölkə başçısının qurultaydakı nitqi yalnız keçdiyimiz şərəfli yolun hesabatı deyil, Azərbaycanın təhlükəsizliyini və inkişafını təmin edəcək strateji yol xəritəsidir. Biz möhtəşəm Zəfər qazanmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qüdrətli Azərbaycanın ağsaqqalları olaraq Qalib Liderimizin qurultayda irəli sürdüyü hər bir strateji prioriteti ürəkdən dəstəkləyirik. Sonra natiq cənab Prezidentin çıxışında toxunduğu ideoloji təhlükəsizlikdən də danışıb. Bildirib ki, ideoloji hücumların qarşısındakı ən böyük sipərimiz təhsil, milli dəyərlər və vətənpərvərlikdir. Gənclərimizin savadlı və öz tarixinə, Vətəninə, dövlətinə sadiq böyüməsinə yaxından dəstək göstərmək biz ağsaqqalların və bütün cəmiyyətin vacib borcudur. Mürvət Əsgərov, həmçinin, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Xətai rayonunda həyata keçirilən quruculuq işlərindən, şəhid ailələrinə və qazilərə göstərilən yüksək qayğı və diqqətdən, eləcə də Xətai Rayon Ağsaqqallar Şurasının Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatı ilə birgə səmərəli fəaliyyətindən də söz açıb. Sonda bir daha vurğulayıb ki, rayon ağsaqqalları bundan sonra da ideoloji cəbhədə, gənclərimizin tərbiyəsində və milli birliyimizin daha da möhkəmlənmsində üzərilərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirəcəklər.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin, xüsusilə gənclərin milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, sağlamdüşüncəli, yüksək təhsilli və peşəkar kadrların yetişdirilməsi məsələlərinin əhəmiyyətini vurğulayıblar. Dövlət başçısının qurultaydakı nitqində qeyd olunan mühüm istiqamətləri əks etdirən mövzularda fikirlər səsləndiriblər, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Xətai Rayon Ağsaqqallar Şurası “Təhsil, milli dəyərlər və vətənpərvərlik” mövzusunda tədbir keçirib
- 20-11-2026
- [14:45]
- []
20
Noy





