Xəbərlər

Xəzər Rayon Ağsaqqallar Şurası 26 iyun – Azərbaycan Silahlı Qüvvələri  Gününə həsr olunmuş yığıncaq keçirib

Xəzər Rayon Ağsaqqallar Şurası YAP Xəzər rayon təşkilatı ilə birgə 26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş yığıncaq keçirib.

Yığıncaqda Xəzər Rayon Ağsaqqlllar Şurasının sədri Rövşən Salahov, YAP Xəzər rayon təşilatının sədri Namiq Əhmədov, Rayon Ağsaqqlllar Şurasının sədr müavini Balaəli Əliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, eləcə də digər rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Xəzər rayon təşilatının sədri Namiq Əhmədov tədbir iştirakçılarını salamlayaraq Silahlı Qüvvələrimizin yarandığı 1918-ci ildən bu günədək keçilən şərəfli hərb tarixi yolundan, Milli Ordumuzun rəşadət dolu məqamlarından ətraflı söhbət açıb. Həmçinin Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində Ordunun uğurla idarə edilməsində göstərdiyi strateji rəhbərlik bacarığından bəhs edib. Vurğulayıb ki, Ordu-Xalq birliyi Qələbənin rəhnini təşkil edib.

Xəzər Rayon Ağsaqqlllar Şurasının sədri Rövşən Salahov öz çıxışında əsgər və zabitlərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin Ordu quruculuğuna verdiyi töhfələrdən, son illərdə bu sahədə görülən işlərdən, qazanılan uğurlardan, o cümlədən 2016-cı ilin Aprel döyüşlərindən və 2020-ci ilin 44 günlük Vətən müharibəsindən geniş bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Ordusunun bugünkü qüdrətinin təməlində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin dayandığnı vurğulayıblar. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyət sayəsində Azərbaycan Ordusu son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, Silahlı Qüvvələrimizin hərbi potensialı, döyüş hazırlığı, peşəkarlığı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənmişdir. Natiqlər, həmçinin, bu əlamətdar gündə Xəzər Rayon Ağsaqqlllar Şurasının sədri Rövşən Salahovun da doğum günü olduğunu qeyd edərək onun xeyirxah əməllərindən, yüksək fəaliyyətindən söz açıblar. Rayon sədrini bu əlamətdar gün münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, gələcək işlərində davamlı uğurlar arzulayıblar. Rövşən Salahov uzunmüddətli səmərəli fəaliyyətinə görə YAP rayon təşkilatının və digər qurumların Fəxri fərmanları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.