Xəbərlər

Yevlax Şəhər Ağsaqqallar Şurasının üzvləri Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax Şəhər Ağsaqqallar Şurası və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər evində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Yevlax Şəhər Ağsaqqallar Şurasının sədr müavini, “Qızıl Qələm” media mükafatı laureatı Sərdar Məmmədov tədbirdə çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin dil haqqındakı tarixi fikirlərini iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycan dili bizim ana dilimiz, doğma dilimizdir, müstəqil Azərbaycanın dövlət dilidir. Bu dili, yəni anadan gələn dili hər bir azərbaycanlı bilməlidir.” Natiq, həmçinin, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə düşüb. Onun təşəbbüsü və iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən geniş müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarılıb. Həmin il noyabr ayının 12-də qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili Dövlət dili kimi təsbit olunub. Sərdar Məmmədov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana dilinin inkişafı ilə əlaqədar ənənələrini onun layiqli varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. O, xalqımızın milli kimliyinin daşıyıcısı olan dilimizi sevməyi, onun saflığını və gözəlliyini qorumağı gənclərimizə tövsiyə edib. Bildirib ki, ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim müqəddəs və mənəvi borcumuzdur.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan dilinin qorunmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərindən, ölkəmizin ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində dilin əhəmiyyətindən söz açıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.