Təbriklər, Xəbərlər

ELDAR İBRAHİMOV – 77

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Rza oğlu İbrahimovun 77 yaşı tamam olub.  Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Eldar  müəllimə  təbrik ünvanlayıblar:

Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyəti, daim xalqına, Vətəninə bağlı olan dəyərli ziyalını şərəflə yaşadığınız ömrünüzün 77-ci İldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi uğrunda gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!

Siz Azərbaycan vətəndaşının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən təvazökar və yüksək mənəviyyata malik vətənpərvər ictimai-siyasi xadim, görkəmli alim, etibarlı dost və yoldaşsınız. Ulu Öndər Heydər Əliyevlə səmimi münasibəti olan bir şəxs kimi Siz Ümummilli Liderin ideyalarına sadiqlik nümayiş etdirərək Onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman  dəstəkləyir, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərirsiniz. Uzun müddət Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri olaraq bir çox önəmli məsələlərə dair uğurlu qanun layihələrinin hazırlanmasına və qəbul edilməsinə rəhbərlik etməklə parlamentin fəaliyyətinə böyük töhfələr vermisiniz. Hal-hazırda İntizam Komissiyasının sədri kimi öz deputatlıq fəaliyyətinizi böyük əzmkarlıqla davam etdirirsiniz. Fədakar əməyiniz dövlətimiz tərəfindən yüksək təltiflərlə – “Şöhrət” və “Şərəf” ordenləri ilə qiymətləndirilmişdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayırsınız. Əminik  ki, Azərbaycanın daha da çiçəklənməsi üçün bundan sonra da var qüvvənizlə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Hörmətli Eldar müəllim!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, Vətənimizin inkişafı naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyirik!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                             Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.