Xəbərlər

Hacıqabul rayonunda Ağsaqqallar Şurasının konfransı keçirilib

Bakı, 3 mart, RezonansPress.az

Martın 3-də Hacıqabulda Ağsaqqallar Şurasının konfransı keçirilib.

Şuradan bildiriblər ki, konfransın işində Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov iştirak ediblər.

Konfransda çıxış edən Rüstəm Xəlilov ölkəmizin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqal və ziyalıların rolunun böyük olduğunu bildirib, bilik və təcrübələrini gənclərə öyrədən bu insanların canlı tariximiz olduğunu qeyd edib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan bəhs edib, onların gənclərimizin üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirib. Əhliman Əmiraslanov, həmçinin Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyin bildirib, dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Konfransda Hacıqabul rayonu Ağsaqqallar Şurasının rəhbərliyi yeni tərkiblə təsdiq olunub.

Konfransda uzun müddət rayon icra hakimiyyəti başçısının birinci müavini və YAP rayon təşkilatının sədri vəzifələrində işləmiş, hazırda təqaüdçü olan Aslanov Sahib Həbib oğlu Rayon Ağsaqqallar Şurasının yeni sədri, İsgəndərov Eyyub Məzahim oğlu isə müavini seçilib.

Leave a Reply

Your email address will not be published.