Aprel ayının 7-də Oğuz Rayon Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqal Cuma Cumayevin 91 yaşı tamam olur.
Gənc yaşlarından sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyəti, işgüzarlığı və alicənablığı ilə seçilən Cuma müəllim hər zaman Oğuzda və ətraf rayonların əhalisi arasında böyük hörmətə və yüksək nüfuza sahib olmuşdur. Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, nikbinliyi, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənclər üçün bir nümunə məktəbidir. Şərəfli və məhsuldar ömür yolu keçən Cuma müəllim həyatının bu müdriklik çağında da Oğuz Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli bir ağsaqqal kimi doğma Vətənimizə böyük xidmətlər göstərir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz, vətənpərvər gənc nəslin yetişməsində əlindən gələni əsirgəmir.
Cuma Cumayevi – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan Ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV